Çinin güclü zəlzələ oldu
Çinin şimalındakı Tsinxay əyalətində 5,2 bal gücündə zəlzələ baş verib. Milli.Az Trend -ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata əsasən, zəlzələnin episentri Dunhuan şəhərindən 269 km cənub-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin