Maşın idarəetmədən çıxıb hasara dəydi — Xəsarət alan var
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb. Belə ki, Çin istehsalı olan “Lynk & Co” markalı avtomobil hərəkətdə olan zaman idarəetməni itirərək yoldan çıxıb və Gəncə Şəhər Milli Dram Teatrının keçmiş binasının hasarına dəyib. Hadisə nəticəsində avtomobildə sərnişin qismində əyləşən,1996-cı il təvəllüdlü Arzu adlı xanım xəsarət alıb. Xəsarət alan şəxs Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib, müalicəsi davam etdirilir. Faktla bağlı araşdırma aparılır. Yunis Quliyev

Şərh verin