Maşın məhəccərə çırpıldı, sürücü öldü — Dəhşətli qəza yerindən video

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, Mahir Bilal oğlu Vəliyevin idarə etdiyi “Toyota Prius” markalı avtomobil Sabunçu rayonu ərazisində idarəetmədən çıxaraq yolun sağındakı dəmir məhəccərə çırpılıb. Nəticədə, sürücü hadisə yerində aldığı xəsarətlərdən ölüb. Avtomobildə olan sərnişin Bədəlova Fəridə Eman qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanaraq istintaq aparılır.