Markdan süni intellektlə bağlı gözlənilməz — Açıqlama

“Meta”nın baş icraçı direktoru Mark Zukerberq etiraf edib ki, şirkətin süni intellekt agentlərinin inkişafı gözlənildiyi qədər sürətlə getmir. “Qafqazinfo” xəbər verir ki, o deyib ki, son dörd ay ərzində AI agentlərinin inkişafı gözlədikləri kimi getmir. Buna görə də “Meta” rəhbərliyi süni intellekt strategiyasını və son təşkilati dəyişikliklərin effektivliyini yenidən qiymətləndirir. Buna baxmayaraq, Meta süni intellekt sahəsinə böyük investisiyalar yatırmağa davam edir. Şirkət bu il AI infrastrukturu üçün təxminən 145 milyard dollar ayırmağı planlaşdırır və rəhbərlik yaxın 3–6 ay ərzində bu investisiyaların ilk ciddi nəticələrinin görünəcəyinə ümid edir.