Argentina çətin qələbə ilə 1/8 finalda — Yenilənib+Video

Dünya çempionluğuna iddialı Argentina millisi bu gün 1/16 final matçına çıxacaq. “Qafqazinfo” xəbər verir ki, mundialın son qalibi Kabo-Verde yığması ilə qarşılaşacaq. Matç saat 02:00-da başlayacaq. DÇ-2026 Pley-off 02:00. Argentina - Kabo-Verde *** Matç başladı. *** Argentina hesabı açdı. 29-cu dəqiqədə Lionel Messi fərqləndi. *** Fasilə. *** İkinci hissə başladı. *** Kabo-Verde hesabı bərabərləşdirdir. Duarte 59-cu dəqiqədə adını tabloya yazdırır. *** Matç 1:1 başa çatdı. Əlavə vaxt oynanılacaq. *** Əlavə olunmuş ilk hissə başladı. *** Argentina hesabda önə keçir. 93-cü dəqiqədə Lisandro Martines fərqlənir. *** Kabo-Verde hesabı bərabərləşdirdir. Lopes Kabral 103-cü dəqiqədə hesabı bərabərləşdirir. *** Əlavə olunmuş ilk hissə başa çatdı. *** Əlavə olunmuş ikinci hissə start götürdü. *** Argentina yenidən öndə. Borqes 111-ci dəqiqədə avtoqol müəllifi olur. *** Matç bitdi. Argentina çətin qələbə ilə 1/8 finalda.