Həmişə rekord qırırdı, indi əksi oldu — Video
Argentina millisinin kapitanı Lionel Messi FIFA Dünya çempionatları tarixinə qaçırdığı penaltilərlə də düşüb. “Qafqazinfo”nun məlumatına görə, 39 yaşlı hücumçu 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Misirə qarşı keçirilən görüşdə penaltidən yararlana bilməyib. Bununla da Messinin dünya çempionatlarında yerinə yetirdiyi 8 penaltnin 4-ü uğursuz olub. Belə ki, ulduz futbolçu ilk dəfə 2018-ci il dünya çempionatında İslandiya ilə oyunda penaltini qaçırıb. 2022-ci il mundialında isə Səudiyyə Ərəbistanı, Niderland, Xorvatiya və Fransa ilə görüşlərdə penalti zərbələrini dəqiq yerinə yetirib. Həmin turnirdə Polşa ilə qarşılaşmada penaltidən yararlana bilməyib. 2026-cı il dünya çempionatında Avstriya və Misirlə matçlarda da penalti zərbələrini qola çevirə bilməyən argentinalı futbolçu mundiallar tarixində ən çox penalti qaçıran oyunçu olub.

Şərh verin