Tehran ABŞ-ni razılaşmanı pozmaqda ittiham etdi
İran ABŞ-nin Tehrana qarşı neft sanksiyalarını yenidən tətbiq etməsini iki ölkə arasında ötən ay imzalanmış Anlaşma Memorandumunun açıq şəkildə pozulması kimi qiymətləndirib. “Qafqazinfo” xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib. Vaşinqtonun razılaşma üzrə öhdəliklərini pozduğu bildirilərək, bunun nəticələrinə görə ABŞ hökumətinin məsuliyyət daşıdığı vurğulanıb. Nazirlikdən qeyd edilib ki, ABŞ son 20 gün ərzində həm birbaşa addımları, həm də İsrailin Livandakı fəaliyyətləri vasitəsilə memorandumun müxtəlif müddəalarını dəfələrlə pozub. Vurğulanıb ki, İran milli təhlükəsizliyini qorumaq məqsədilə zəruri hesab etdiyi bütün tədbirləri görmək hüququnu özündə saxlayır.

Şərh verin