İsveçrə 72 il sonra 1/4 finalda — Yenilənib - Video

Dünya çempionatının 1/8 final mərhələsinə bu gecə yekun vurulacaq. “Qafqazinfo” xəbər verir ki, son oyunda İsveçrə və Kolumbiya üz-üzə gələcək. Bununla da son 1/4 finalçı müəyyənləşəcək və bu mərhələdəki bütün cütlərin adına aydınlıq gələcək. Qarşılaşma Bakı vaxtilə saat 00:00-da başlayacaq. DÇ-2026 1/8 final 00:00. İsveçrə - Kolumbiya. *** Matç başladı. *** İlk hissə başa çatdı. *** İkinci hissə başladı. *** Matçda əlavə vaxt olacaq. 90 dəqiqə 0:0 başa çatdı. *** Əlavə vaxtın ilk hissəsi başladı. *** Əlavə olunmuş ilk hissə başa çatdı. *** Əlavə olunmuş ikinci hissə başladı. *** Əlavə vaxtda da hesab açılmadı. Matçda penaltilər olacaq. *** İsveçrə penaltilər seriyasında 4:3 hesabı ilə qalib gələrək, 72 il sonra 1/4 finala çıxır və Argentinaya rəqib olur.