Gəncədə 22 yaşlı qızın meyiti tapıldı

Gəncədə gənc qızın meyiti aşkarlanıb. Milli.Az xəbər verir ki, hadisə şəhərin DOST-6 yaşayış massivində qeydə alınıb. Belə ki, 2003-cü il təvəllüdlü S. Sadıqovanın meyiti yaşadığı evdə aşkar edilib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Gənc qızın ölüm səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)