Xameneinin cənazəsi İraqa gətirildi

İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin tabutu dəfn mərasimlərinin növbəti mərhələsi üçün İraqa gətirilib. Milli.Az Trend -ə istinadən bildirir ki,  bu barədə "Press TV" məlumat yayıb. Məlumata görə, Xameneinin tabutunu daşıyan təyyarə İraqa eniş edib və burada genişmiqyaslı vida mərasimləri keçiriləcək. Bildirilir ki, İranda matəm mərasimləri iyulun 3-də başlayıb. Ayətullah Əli Xameneinin iyulun 10-da doğulduğu Məşhəd şəhərində dəfn olunacağı qeyd edilir. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)