Suqovuşanda işçiləri daşıyan mikroavtobus aşdı - Yaralılar var
Trend-in Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisə ötən gecə Suqovuşan ərazisində qeydə alınıb. Milli.Az xəbər verir ki, "Hyundai" markalı mikroavtobus hərəkətdə olarkən sürücü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı dərəyə aşıb. İlkin məlumata görə, qəza nəticəsində yaralananlar var. Onların vəziyyəti ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Faktla bağlı araşdırma aparılır. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin