Xocavənd və Şuşaya növbəti köç olub
İşğaldan azad olunan Xocavənd və Şuşa rayonlarına növbəti köç prosesi gerçəkləşib. Milli.Az Trend -ə istinadən bildirir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, bu mərhələdə Xocavənd rayonunun Quzeyxırman kəndinə 21 ailə (87 nəfər), Güneyxırman kəndinə 18 ailə (72 nəfər) və Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə 15 ailə (51 nəfər) köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin