UEFA Konfrans Liqası: "Zirə" "Torpedo Kutaisi"yə qarşı

Bu gün UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsində "Zirə" - "Torpedo Kutaisi"ni  (Gürcüstan) qəbul edəcək. Mill.Az xəbər verir ki, matç Sumqayıt şəhər stadionunda saat 20:00-da keçiriləcək. Cavab qarşılaşması iyulun 16-da Kutaisidəki Ramaz Şengeliya stadionunda olacaq və Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)