İran ABŞ-nin 85 hərbi obyektini hədəf aldı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Bəhreyn və Küveytdə yerləşən 85 ABŞ hərbi obyektinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini açıqlayıb. “Qafqazinfo” “Press TV”yə istinadən xəbər verir ki, əməliyyat ABŞ-nin Hörmüz boğazı yaxınlığında İran mövqelərinə endirdiyi hava zərbələrinə cavab olaraq həyata keçirilib. SEPAH-ın bəyanatında Küveytdə yerləşən “Əli əl-Salem” Hərbi Hava Bazası, eləcə də, Bəhreyndəki ABŞ 5-ci Donanmasının komandanlıq mərkəzi və digər hərbi infrastruktur obyektlərinin hədəfə alındığı bildirilib. İran tərəfi Vaşinqtonu iki ölkə arasında imzalanmış anlaşma memorandumu və atəşkəs şərtlərini pozmaqda ittiham edib. Bundan əlavə, İnqilab Keşikçiləri İranın cənubundakı Buşehr əyalətinin Hörmüz bölgəsində ABŞ-yə məxsus MQ-9 “Reaper"” pilotsuz uçuş aparatının hava hücumundan müdafiə sistemləri vasitəsilə vurulduğunu bildirib. Məlumata görə, PUA İran ərazisinə qarşı hava əməliyyatı həyata keçirərkən hədəfə alınıb.

Şərh verin