Sabah bu ərazilərdə qaz olmayacaq — Yenilənib
İyulun 10-da Biləsuvar və Masallı rayonlarının bir neçə yaşayış məntəqəsində qaz verilişində fasilə yaranacaq. “Qafqazinfo” xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, buna səbəb təmir-bərpa və payız-qış mövsümünə hazırlıq işləridir. Məlumata görə, sabah saat 10:00-dan işlər yekunlaşanadək Biləsuvar rayonunun Ovçubərə, Amankənd, Ağalıkənd, Yuxarı Cürəli, Dərvişli, Aşağı Cürəli, Əsgərabad və Masallı rayonunun Bədəlan kəndlərinin qaz təchizatı müvəqqəti dayandırılacaq. *** Həmçinin, təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Nizami rayonunun R.Rüstəmov, E. Süleymanov, Q. Qarayev, C. Naxçıvanski küçələrinin, Sabunçu qəsəbəsinin isə E. Mehdiyev, İ. Aslanov və M.İbrahimov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Şərh verin