"Qarabağ"ın keçmiş oyunçusu "Axmat" klubunda forma geyinəcək
28 yaşlı braziliyalı yarımmüdafiəçi Julio Rodriges Romao Qroznının "Axmat" klubunun heyətinə qoşulub. Milli.Az oxu.az -a istinadən xəbər verir ki, müqavilə üç il müddətinə nəzərdə tutulub. Romao dayaq yarımmüdafiəçisi mövqeyində oynayır. O, daha əvvəl "Ferentsvaroş" (Macarıstan), "Qarabağ" (Azərbaycan) və "Santa-Klara" (Portuqaliya) komandalarında çıxış edib. "O, "Ferentsvaroş" və "Qarabağ"la birlikdə milli çempionatların qalibi olub, Macarıstan və Azərbaycan kuboklarını qazanıb. Futbolçunun aktivində avrokuboklarda əllidən çox oyun var" , - deyə "Axmat"ın paylaşımında bildirilir. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin