“Azeri Light” nefti ucuzlaşdı

Azərbaycanın "Azeri Light" markalı neftinin dünya bazarındakı qiyməti ucuzlaşıb. Milli.Az Trend -ə istinadən xəbər verir ki, İtaliyanın Augusta limanında CIF bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,18 ABŞ dolları (1,49%) azalaraq 77,91 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında isə Azərbaycan neftinin bir bareli 1,25 ABŞ dolları (1,64%) ucuzlaşaraq 75,06 ABŞ dollarına düşüb. Eyni zamanda, "URALS" markalı xam neftin qiyməti 1,78 ABŞ dolları (3,87%) azalaraq 44,15 ABŞ dolları/barel olub. Şimal dənizində hasil olunan "Dated Brent" markalı neft də ucuzlaşıb. Belə ki, bu markanın bir barelinin qiyməti 1,19 ABŞ dolları (1,58%) azalaraq 74,20 ABŞ dollarına enib. Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)