Yeniyetmə kanalda batdı — Yenilənib
Ucar sakini kanalda batıb. “Qafqazinfo”nun məlumatına görə, rayonun Qəzyan Arxı kanalında 16 yaşlı yeniyetmə boğulub. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub. Yeniyetmənin axtarışları davam edir. *** Qazyan arxının Ucar rayonu, Rəstəcə kəndi ərazisindən keçən hissəsində batmış 2010-cu il təvəllüdlü Əlisafa Hacıyevin meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Yunis Quliyev

Şərh verin