Hansı kresloda əyləşərdiniz? Seçiminiz özgüvəninizi ifşa edir

Vizual seçimlər ilə şüuraltı arasındakı bağı araşdıran yeni bir şəxsiyyət testi yayımlanıb. Üç fərqli kreslo modeli üzərindən aparılan analiz insanın anlıq seçiminin onun özgüvən səviyyəsi və daxili dünyası haqqında maraqlı ipucları verdiyini göstərir. Milli.Az xəbər verir ki, testin şərti çox sadədir: Aşağıdakı üç kresloya diqqətlə baxın və məntiqinizi işə salmadan, "İndi hansında əyləşmək istərdim?" sualına cavab verin. İlk təəssüratınıza güvənin! 1 nömrəli kreslo: Dəyişikliyin və azadlığın təmsilçisi Görünüşdəki təkərli, ağ ofis kreslosunu seçmisinizsə, dəyişiklikdən qorxmayan bir quruluşa sahibsiniz. Özgüvəniniz o qədər yüksəkdir ki, şərtlər daim dəyişsə belə, sürətli qərarlar qəbul edib yolunuza davam edə bilirsiniz. Siz hər zaman yeni fürsətlər axtarışındasınız və özünüzü qəliblərə salmırsınız. Azadlığınıza düşkünsünüz; naməlumluq sizdə qorxu deyil, böyük bir maraq və həyəcan yaradır. 2 nömrəli kreslo: Möhkəmlik, təcrübə və ağırbaşlılıq Görünüşcə sadə, amma çox möhkəm və etibarlı olan klassik taxta kreslonu seçdiniz? O halda siz, nəyin bahasına olursa olsun diqqət çəkməyə çalışan biri deyilsiniz. Sizin üçün sözlərdən çox əməllər danışır. Özgüvəniniz keçici hisslərə deyil, həyat təcrübənizə əsaslanır. Bu səbəbdən, sakit başla qərar verdikdən sonra şübhəyə düşmürsünüz. Ətrafınızdakı insanların sizə hörmət etməsinin və ən çox güvənməsinin səbəbi məhz bu sarsılmaz duruşunuzdur. 3 nömrəli kreslo: Daxili hüzur və güvən verən aura Geniş qoltuqaltıları və yumşaq yastıqları ilə rahatlıq vəd edən bu kreslo marağınızı çəkdi? O zaman sizin özgüvəniniz kənara qarşı aqressiv bir sübut etmə çabası ilə deyil, tamamilə daxili bir hüzurla özünü göstərir. İstənilən mühitdə özünüzü dərhal rahat hiss etmək bacarığınız var. Özünüzü başqalarına sübut etmə ehtiyacı hiss etmir, ətrafdakıların təsdiqinə bağlı yaşamırsınız. Ən gözəl xüsusiyyətiniz isə ətrafa yaydığınız bu sakit enerjidir. İnsanlar sizin yanınızda özlərini tamamilə güvəndə hiss edir və heç bir "maska" taxmadan özləri ola bilirlər. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)