Britaniya nəşri Cəlilabaddaki nadir tapıntıdan yazdı
Böyük Britaniyanın tanınmış elmi-populyar nəşrlərindən olan "Heritage Daily" Cəlilabad rayonunda aşkarlanan nadir arxeoloji tapıntı barədə məqalə dərc edib. Milli.Az xəbər verir ki, arxeologiya, antropologiya, paleontologiya və tarix mövzularını işıqlandıran, 2011-ci ildən fəaliyyət göstərən nəşr Paşatəpə abidəsində üzə çıxarılan sferik daş kürəyə geniş yer ayırıb. Məqalədə qeyd olunur ki, tapıntı Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru Vəfa Mahmudovanın rəhbərliyi altında aparılan qazıntılar zamanı aşkarlanıb. Nəşrin məlumatına görə, diqqətlə hazırlanmış daş kürə təxminən 1,87 kiloqram ağırlığında və diametri təxminən 10 santimetrdir. Qeyd edək ki, tədqiqatçılar bölgənin tarixdən əvvəlki və orta əsrlər keçmişini daha yaxşı başa düşməyə çalışdıqları üçün ərazidə arxeoloji qazıntılar və tədqiqat işləri davam edir. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Şərh verin