Bu ilin ikinci Günəş tutulması başlayıb

Sentyabrın 21-də saat 21:29-da ilin ikinci Günəş tutulması başlayıb. Bu, qismən Günəş tutulmasıdır. Milli.Az-ın məlumatına görə, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından bildirilib. Məlumata əsasən, tutulma hadisəsi sentyabrın 22-si saat 01:53-də sona çatacaq. Tutulmanın maksimumu sentyabrın 21-i saat 23:43-də olacaq. Tutulma hadisəsi Sakit okean, Yeni Zelandiya və Antarktidada görünəcək, lakin Azərbaycan ərazisindən müşahidə olunmayacaq. Milli.Az