21 yaşlı gənc ürəyindən bıçaqlandı — Hərbçi saxlanıldı-Yenilənib

Ağstafa sakini ürəyindən bıçaqlanıb. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Qırılı kəndi ərazisində qeydə alınıb. Belə ki, 2005-ci il təvəllüdlü Ayxan Budaqlı ürək nahiyəsindən bıçaqlanıb. Adıçəkilən şəxs xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməsi istiqamətində Ağstafa Rayon Polis Şöbəsi tərəfindən araşdırma başlanılıb. *** Oxu.az-ın məlumatına görə, Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun hərbi qulluqçu olduğu bildirilib. Faktla bağlı araşdırma aparılır. Yunis Quliyev