Kamilo Duran ilk oyununda qol vurdu — Video

“Qarabağ”dan Şotlandiyanın “Seltik” klubuna keçən Kamilo Duran yeni komandasında ilk qolunu vurub. “Qafqazinfo” xəbər verir ki, o, “Sportinq”lə yoxlama görüşündə fərqlənib. 64-cü dəqiqədə meydana daxil olan kolumbiyalı forvard 68-ci dəqiqədə rəqib qapısına yol tapıb. “Seltik” isə oyunda 1:4 hesabı ilə uduzub.