İran ABŞ-nin iki hərbi bazasına zərbələr endirdi

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin iki hərbi obyektinə zərbələr endirdiyi barədə məlumat yayıb. “Qafqazinfo” xəbər verir ki, ABŞ-nin Bəhreyndəki “Şeyx İsa” və Küveytdəki “Əli əs-Səlim” aviasiya bazaları hədəf alınıb. Hücumlar raketlər və pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirilib. SEPAH-dan bildirilib ki, bu əməliyyat ABŞ-nin İranın sahilyanı stansiyalarına endirdiyi zərbələrə cavab olaraq gerçəkləşdirilib. “Bu cür pozuntuların hər hansı bir şəkildə təkrarlanması gözlənilməz cavabla qarşılanacaq”, - deyə SEPAH-ın bəyanatında vurğulanıb.