Pau Kubarsi: “Çoxlarının ağzını yumduq”
Futbol üzrə İspaniya millisinin müdafiəçisi Pau Kubarsi DÇ-2026-dakı uğurlu çıxışlarını şərh edib. Milli.Az İdman.Biz -ə istinadən bildirir ki, 19 yaşlı futbolçu turnirdən əvvəl komandanın müdafiə xətti və qapıçı mövqeyi ilə bağlı səsləndirilən tənqidləri xatırladıb. "Müdafiə və qapıçı mövqeyimizlə bağlı müəyyən söhbətlər gedirdi. Ancaq düşünürəm ki, çoxlarının ağzını yumduq. Müasir futbolda ən vacib məsələlərdən biri qapını toxunulmaz saxlamaqdır", - deyə Kubarsi bildirib. İspaniya DÇ-2026-nın yarımfinalında Fransanı 2:0 hesabı ilə məğlub edərək finala yüksəlib. Komanda turnirdə keçirdiyi yeddi qarşılaşmanın altısında qol buraxmayıb. İspaniya finalda İngiltərə - Argentina yarımfinal görüşünün qalibi ilə qarşılaşacaq. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin