Ukraynanın yeni baş naziri Sergey Koretskin seçildi

Ukrayna Ali Radası Sergey Koretskinin baş nazir vəzifəsinə təyin olunmasını təsdiqləyib. Ukrayna KİV-in məlumatına görə, parlamentdə keçirilən səsvermədə deputatlardan 289-u onun namizədliyini dəstəkləyib. Xatırladaq ki, iyulun 14-də Ali Rada Yuliya Sviridenkonun rəhbərlik etdiyi hökuməti tam tərkibdə istefaya göndərmişdi. Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Sviridenkonun başqa vəzifəyə təyin olunacağını açıqlamış, ölkənin siyasi strategiyasında dəyişikliklər və kadr islahatlarının həyata keçiriləcəyini bildirmişdi. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)