Müctəba Xamenei: ABŞ müharibəni qızışdırmağa çalışır
ABŞ hökumətinin İranla imzalanan razılaşmaları pozması gələcəkdə mümkün ikitərəfli anlaşma memorandumlarına etimadı azaldır. Milli.Az report-a istinadən xəbər verir ki, bunu İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciətində qeyd edib. "Hədə-qorxu Amerika doktrinasının və fəaliyyət tərzinin ayrılmaz tərkib hissəsidir", - o "X" sosial media hesabındakı paylaşımda bildirib. M. Xameneinin fikrincə, ABŞ müharibəni qızışdırmağa çalışır. Xamenei müraciətində İranının maraqlarının qorunmasını təmin etmək üçün bundan sonra da fəaliyyət göstəriləcəyini söz verib. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin