Son iki həftədə 100-dək ABŞ hərbçisi yaralanıb

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) iyulun 7-dən bəri Yaxın Şərqdə baş verən hadisələr nəticəsində təxminən 100 amerikalı hərbçinin müxtəlif dərəcəli xəsarət aldığını açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, Pentaqonun sözçüsü Şon Parnell sosial şəbəkədə paylaşdığı məlumatda yaralanan hərbçilərin 96 faizinin artıq xidmətə qayıtdığını bildirib. “İyulun 7-dən etibarən təxminən 100 hərbçinin müəyyən dərəcədə xəsarət aldığı hesab edilir. Onların 96 faizi yenidən xidmətə başlayıb. Hərbçilər döyüşə qayıtmaqda qərarlıdırlar. Yaralananların böyük əksəriyyəti yüngül beyin silkələnməsi keçirib”, – deyə Parnell qeyd edib.