Azərbaycanda 5 ayda 8 mindən çox boşanma qeydə alınıb
Azərbaycanda bu ilin ilk beş ayında minlərlə nikah və boşanma rəsmiləşdirilib. Milli.Az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə 15 min 107 nikah, 8 min 87 boşanma halı qeydə alınıb. Bildirilib ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 4,7-dən 3,6-ya, boşanmaların sayı isə 2,0-dan 1,9-a enib. Beləliklə, həm nikahların, həm də boşanmaların nisbi göstəricisində ötən ilin müvafiq dövrü ilə müqayisədə azalma müşahidə olunub. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin