DÇ-2026-nın rəmzi komandası açıqlandı
2026-cı il dünya çempionatı başa çatdıqdan sonra turnirin ən yaxşı çıxış edən futbolçuları ilə bağlı müxtəlif versiyalarda rəmzi komandalar açıqlanmağa davam edir. Milli.Az İdman.Biz -ə istinadən bildirir ki, bu dəfə nüfuzlu ESPN nəşri mundialın ən yaxşı 11 futbolçusundan ibarət rəmzi komandasını təqdim edib. Rəmzi heyətdə dünya çempionu İspaniya millisinin dörd futbolçusu yer alıb. Qapıçı: Vozinya (Kabo-Verde). Müdafiəçilər: Mark Kukurelya, Emerik Laport, Pau Kubarsi (hamısı - İspaniya), Ced Spens (İngiltərə). Yarımmüdafiəçilər: Ayub Buaddi (Mərakeş), Rodri (İspaniya), Cud Bellinqem (İngiltərə). Hücumçular: Lionel Messi (Argentina), Kilian Mbappe (Fransa), Erlinq Holand (Norveç). Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin