"Zirə" "Göztəpə"nin sabiq futbolçusunu transfer etdi
"Zirə" yeni futbolçu ilə anlaşıb. Milli.Az xəbər verir ki, bu barədə klub məlumat yayıb. "Qartallar" Lue Bayere Junioru heyətinə qatıb. Fildişi Sahilindən olan hücumçu ilə 2 illik müqavilə bağlanıb. Xatırladaq ki, 25 yaşlı futbolçu daha əvvəl İsveçin "Hammarbü", "Frey", Serbiyanın "Jelezniçar", "Yvor" və Türkiyənin "Göztəpə" klublarında çıxış edib. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin