Dizinə antibiotik iynəsi vuran şəxs öldü
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. “Qafqazinfo” xəbər verir ki, iyulun 23-ü saat 12 radələrində 1980-ci il təvəllüdlü şəhər sakini Sadiq Əbülfət oğlu Hümbətov yaşadığı evdə diz nahiyəsinə antibiotik iynəsi vurub. O, iynənin təsirindən ölüb. Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.

Şərh verin