Kamilo Duran “Seltik”də 3-cü qolunu “Milan”a vurdu — Video

“Qarabağ”dan “Seltik”ə keçən kolumbiyalı futbolçu Kamilo Duran Şotlandiya klubunda 3-cü qolunu vurub. “Qafqazinfo” xəbər verir ki, o, “Milan”a qarşı keçirilən yoldaşlıq görüşündə rəqib qapısına yol tapıb. Duran 11-ci dəqiqədə matçda hesabı açıb. Daha sonra ikinci qolun da ötürməsini edib. Qeyd edək ki, Duran bundan öncə daha 2 dəfə yoldaşlıq görüşlərində fərqlənə bilib.