Ölkədə hava necə olub? - Rəsmi

Ölkə ərazisində hava şəraiti yağmursuz keçib. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin saat 10:00-a olan məlumatında qeyd edilib. İyulun 25-də Xaçmazda cənub-şərq küləyi əsib, küləyin maksimal sürəti 25 m/s-dək güclənib. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da eləcə də Aran rayonlarında 39, dağlıq rayonlarda isə 29 dərəcəyədək isti müşahidə olunub. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)