Tozlu hava nə vaxta kimi davam edəcək?
Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Milli.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasovanın sözlərinə görə, avtomatik müşahidə stansiyalarından əldə olunan məlumatlara əsasən, hazırda havada tozun miqdarı normadan 1,4-1,7 dəfə çoxdur. Bildirilib ki, tozlu hava meteoroloji şəraitlə əlaqədar lokal xarakter daşıyır. Buna səbəb səhər saatlarından etibarən əsən güclü şimal-qərb küləyinin quru torpaq səthində formalaşan toz kütlələrini ətraf ərazilərə yaymasıdır. Məlumata görə, sinoptik şəraitlə əlaqədar tozlu hava şəraitinin sabah günorta saatlarınadək davam edəcəyi proqnozlaşdırılır. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin