Güclü külək qatarların hərəkətində gecikmə yaratdı

Güclü külək Abşeron dairəvi xətti üzrə bəzi qatarların hərəkətində gecikməyə səbəb olub. Milli.Az xəbər verir ki, bu barədə Trend -in sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən bildirilib. "Abşeron yarımadasında müşahidə olunan güclü külək səbəbindən bu gün səhər saatlarında elektrik enerjisinin təchizatında yaranan kəsinti Abşeron dairəvi dəmir yolu marşrutu üzrə bəzi qatarların hərəkətində qısamüddətli gecikmələrə səbəb olub. Bildirilib ki, hazırda nasazlıq aradan qaldırılıb və qatarlar qrafikə uyğun hərəkətini davam etdirir",- deyə ADY-dən əlavə edilib. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)