Azərbaycanın Qars şəhərindəki baş konsulu vəzifəsindən geri çağırılıb

Azərbaycanın Qars şəhərindəki baş konsulu vəzifəsindən geri çağırılıb. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Sərəncama əsasən, Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)