“iPhone”u kirayə götürmək mümkün olacaq
“Apple” artan texnologiya qiymətləri və istehlakçıların cihazlarını daha uzun müddət istifadə etməsi fonunda məhsullarını daha əlçatan etmək üçün yeni proqrama başlayıb. “Qafqazinfo” xəbər verir ki, şirkət “Klarna” ödəniş platforması ilə əməkdaşlıq çərçivəsində “iPhone”, “Mac”, “iPad” və “Apple Watch” modelləri üçün kirayələmə seçimi təqdim edəcəyini açıqlayıb. İlk mərhələdə ABŞ-də istifadəyə veriləcək proqram çərçivəsində “iPhone” və “Apple Watch” modellərini 12 və ya 24 ay, “Mac” və “iPad” modellərini isə 24 və ya 36 ay müddətinə icarəyə götürmək mümkün olacaq. Yeni proqrama “iPhone 17” seriyası, “iPhone Air”, “Apple Watch Series 11”, “Apple Watch Ultra 3”, “MacBook Air”, “MacBook Pro”, “iMac”, “Mac Studio”, “iPad Air”, “iPad Pro” və “iPad Mini” daxil ediləcək. Daha münasib qiymətə satılan “iPhone 16”, “MacBook Neo”, standart “iPad” və “Apple Watch SE” modelləri isə proqramdan kənarda qalacaq. Yeni model istehlakçılara 12 aylıq ödənişdən sonra cihazlarını yenisi ilə dəyişmək imkanı verən əvvəlki “iPhone Yeniləmə Proqramı”nı əvəz edəcək.

Şərh verin