46 yaşlı kişi güllələnərək öldürüldü — Keçmiş qayınatası tutuldu
Gecə saatlarında Salyan rayonu ərazisində qətl törədilib. “Qafqazinfo” xəbər verir ki, 1980-ci il təvəllüdlü Famil Hüseynalı oğlu Lətifov yaşadığı evin həyətində ov tüfəngi ilə qətlə yetirilib. Cinayəti törətməkdə şübhəli bilinən mərhumun keçmiş qayınatası 1966-cı il təvəllüdlü Natiq Siyasət oğlu Sadıqov polis tərəfindən saxlanılıb. Onun hadisə vaxtı sərxoş vəziyyətdə olduğu və keçmiş kürəkəninin yaşadığı evə gedərək atəş açdığı bildirilir.

Şərh verin