Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı - (Video)

Türkiyəli müğənni Melek Mosso Antalyada verdiyi konsertdə nümayiş etdirdiyi səhnə performansı ilə izləyicilərin böyük rəğbətini qazanıb. Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, konsert zamanı sevilən mahnılarını səsləndirən sənətçi repertuarına sürpriz olaraq Sezen Aksunun illərdir dillər əzbəri olan "Namus" mahnısını da daxil edib. Mahnının səsləndirildiyi anlarda zaldakı tamaşaçılar ifaya birlikdə qoşularaq emosional anlar yaşayıblar. Melek Mossonun özünəməxsus ifa tərzi və güclü vokalı musiqisevərlər tərəfindən yüksək qiymətləndirilib. Onun çıxışı konsert iştirakçılarının gur alqışları ilə qarşılanıb. Sosial şəbəkələrdə yayılan görüntülər qısa müddətdə minlərlə baxış toplayıb. İzləyicilər Melek Mossonun Sezen Aksu klassikasına fərqli nəfəs gətirdiyini qeyd edərək ifanı bəyəndiklərini bildiriblər. Konsert boyu enerjisi və tamaşaçılarla qurduğu səmimi ünsiyyətlə diqqət çəkən müğənninin xüsusilə "Namus" mahnısını səsləndirdiyi anlar gecənin ən çox müzakirə olunan məqamlarından birinə çevrilib. Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi də ayrıca müzakirə yaradıb. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)