Orxan Əsədzadə direktor müavini təyin olundu
Beyləqan Rayon Mərkəzi Xəstəxanasında yeni kadr təyinatı həyata keçirilib. Milli.Az Trend -ə istinadən xəbər verir ki, Orxan Əyyub oğlu Əsədzadə xəstəxananın direktorunun inzibati məsələlər üzrə müavini vəzifəsinə təyin edilib. Orxan Əsədzadə bu təyinata qədər Beyləqan Mərkəzi Rayon Xəstəxanasının Xəstə Xidmətləri şöbəsinin müdiri vəzifəsində çalışıb. Yeni vəzifəsində o, xəstəxananın inzibati idarəetmə istiqamətinə rəhbərlik edəcək. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin