Sevda Ələkbərzadə görünüşünü dəyişdirdi - (Foto)

Əməkdar artist Sevda Ələkbərzadə sosial şəbəkədə paylaşdığı yeni fotosu ilə izləyicilərin diqqətini üzərinə çəkib. Milli.Az xəbər verir ki, sənətçinin şəxsi hesabında yayımladığı şəkil qısa müddətdə geniş müzakirə olunub. Paylaşımda ən çox diqqət çəkən məqamlardan biri Sevda Ələkbərzadənin görünüşündəki dəyişiklik olub. İzləyicilər müğənninin daha gənc görünməsini müxtəlif cür dəyərləndiriblər. Sosial şəbəkə istifadəçiləri sənətçinin yeni görünüşünün estetik müdaxilə nəticəsində, yoxsa foto redaktəsi hesabına əldə olunması ilə bağlı fərqli fikirlər səsləndiriblər. Qısa zamanda yayılan paylaşım çoxsaylı bəyənmə və şərh toplayaraq sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)