Binanın dəhlizində ölü tapıldı
Paytaxtın Yasamal rayonunda binalardan birinin dəhlizindən meyit tapılıb. “Qafqazinfo” xəbər verir ki, iyulun 28-i saat 08 radələrində Z.Xəlilov küçəsi 74 ünvanındakı binanın dəhlizində həmin binanın sakini 1995-ci il təvəllüdlü Əlisa Hüseynovun meyiti tapılıb. Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərh verin