"Sabah"ın matçının hakimləri bəlli oldu

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Sabah" - "Orhus" matçına hakim təyinatları açıqlanıb. Milli.Az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb. Bildirilib ki, qarşılaşmanı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Juan Pineyruya, Lusiano Maria və Hüqo Markes kömək edəcək. Dördüncü hakim funksiyasını Fabio Verissimo yerinə yetirəcək. Görüşün VAR hakimi Tyaqu Martins, AVAR hakimi isə Andre Narkiso olacaq. Qeyd edək ki, "Orhus" - "Sabah" qarşılaşması avqustun 5-də Danimarkada, cavab oyunu isə avqustun 11-də Bakıda keçiriləcək. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)