Maştağada kişi bıçaqlandı — Şübhəli tanışıdır

Paytaxtın Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, oktyabrın 16-sı saat 04:30 radələrində Maştağa qəsəbəsi nömrəsiz ünvanda 1970-ci il təvəllüdlü Fəxrəddin Əsgər oğlu Teymurov daxilə nüfuz edən bıçaq xəsarəti alıb. O, xəstəxanaya çatdırılıb. Hadisənin F.Teymurovun tanışı 32 yaşlı Allahverdi Fəxrəddin oğlu Əliyev tərəfindən törədildiyi bildirilir. Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanıb.