Almaniya Kansleri Türkiyəyə səfər edəcək
Almaniya Kansleri Fridrix Merts oktyabrın 30-da Türkiyəyə rəsmi səfər edəcək. “Qafqazinfo” xəbər verir ki, bu barədə Almaniya Kanslerinin saytı məlumat yayıb. Bildirilib ki, səfər çərçivəsində Ankarada Fridrix Merts və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olacaq. Görüşdə ikitərəfli əlaqələr və xarici siyasət məsələləri, eləcə də, iqtisadiyyat, miqrasiya və təhlükəsizlik sahələrində daha sıx əməkdaşlığa dair müzakirələr aparılacaq. Görüşdən sonra birgə mətbuat konfransının keçirilməsi planlaşdırılır.

Şərh verin