"Real Madrid"də Arbeloa ulduz futbolçudan özünə klub tapmasını istəyib - FOTO

"Real Madrid"də gözlənilməz qərar gündəmə gəlib. Milli.Az xəbər verir ki, klubun baş məşqçisi Alvaro Arbeloa müdafiəçi Trent Aleksander-Arnold ilə görüşərək, futbolçunun öz xeyri üçün komandadan ayrılmasını tövsiyə edib. Aleksander-Arnolda klub rəhbərliyi tərəfindən komandanın gələcək planlarında yer almadığı bildirilib. Həmçinin onun hücum və müdafiə baxımından göstərdiyi performansın tələblərə cavab vermədiyi vurğulanıb. Bu qərarın ardından Trent Aleksander-Arnoldun yay transfer pəncərəsində "Real Madrid"dən ayrılacağı ehtimalı xeyli artıb. Futbolçunun gələcək karyerası ilə bağlı yaxın günlərdə konkret addımların atılacağı gözlənilir. (Offsideplus.az) Milli.Az