Dənizə balıq ovuna çıxmışdı, qoyun TAPDI - VİDEO

Qara dənizdə balıq ovuna çıxan bir balıqçının lentə aldığı görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Milli.Az xəbər verir ki, yayılan kadrlarda balıqçının suyun səthində batmış vəziyyətdə qoyun aşkar etdiyi görünür. Gözlənilməz mənzərə ilə qarşılaşan balıqçı təəccübünü gizlədə bilməyərək həmin anları videoya çəkib. Görüntülər qısa müddətdə internetdə yayılıb və izləyicilərin marağına səbəb olub. Bir çox istifadəçi heyvanın dənizə necə düşməsi ilə bağlı müxtəlif ehtimallar irəli sürüb, digərləri isə hadisənin səbəblərinin araşdırılmasının vacibliyini qeyd ediblər. Sosial şəbəkələrdə geniş müzakirə olunan video minlərlə baxış toplayıb. Balıqçının qarşılaşdığı qeyri-adi mənzərə izləyicilər arasında təəccüb və maraq yaradıb. Musa Milli.Az