Köp yaratmayan möhtəşəm ləzzət: Qlütensiz ispanaqlı börək resepti
Qlütensiz qidalanma son illərdə təkcə bir məcburiyyət deyil, həm də daha yüngül və balanslı qidalanmaq istəyənlərin seçiminə çevrilib. Tərkibində qlüten olmayan, xəmir yuxası istifadə edilmədən qarğıdalı unu ilə hazırlanan bu ispanaqlı börək, həm yüngül, həm də bəsləyici bir alternativ axtaranlar üçün nəfis bir seçimdir. Milli.Az ispanaqlı börəyin reseptini təqdim edir: Lazım olan ərzaqlar Börək qarışımı üçün: 2 ədəd yumurta 1 stəkan qatıq 1 stəkan qarğıdalı unu 1 paket qabartma tozu 1 çay qaşığı duz 1/2 çay qaşığı istiot 2 stəkan doğranmış ispanaq 1/2 stəkan sürtgəcdən keçirilmiş kaşar pendiri (və ya istənilən əriyən bərk pendir) Üzəri üçün: 1 dad qaşığı küncüt 1,5 çay qaşığı çörek otu HAZIRLANMASI Yumurta, qatıq, duz, istiot və qabartma tozunu geniş bir qabda yaxşıca qarışdırın. Üzərinə qarğıdalı ununu əlavə edərək hamar (topaqsız) bir xəmir əldə edənə qədər çalın. Doğranmış ispanaqları bu qarışıma əlavə edib bərabər şəkildə paylanmasını təmin edin. Hazırladığınız qarışımı yağlanmış soba qabına tökün. Üzərinə sürtgəcdən keçirilmiş kaşar pendirini səpələyin. Küncüt və çörek otu səpərək son toxunuşu edin. Əvvəlcədən 185°C dərəcəyədək qızdırılmış sobada, üzəri qızarana qədər (təxminən 25 dəqiqə) bişirin. Börəyi dilimləyərək isti və ya ilıq halda servis edə bilərsiniz. Nuş olsun! Lalə Qüdrətova Milli.Az

Şərh verin