Millidəki 100-cü matçında “ən yaxşı” seçildi — Video

Fransa milli komandasının ulduzu Kilian Mbappe Dünya Çempionatında növbəti dəfə parlaq çıxışı ilə diqqət çəkib və matçın “ən yaxşı oyunçusu” seçilib. “Qafqazinfo” xəbər verir ki, futbolçu bu oyunda təkcə komandasına liderlik etməklə kifayətlənməyib, həm də şəxsi karyerasında yeni bir mərhələyə çatıb. Mbappe hazırda DÇ-də Miroslav Klozenin ümumi qol sayına çatıb və turnir tarixində ən çox qol vuran oyunçu olmaq uğrunda Lionel Messidən cəmi iki qol geridədir. Fransa millisində yüzüncü oyununu keçirən Mbappe karyerasında inanılmaz bir göstəriciyə imza atıb: yüz oyun və yüz qol və ya məhsuldar ötürmə.